...

Gəncə tekstil səhmdar cəmiyyətində yeni müqavilələr bağlanıb

Siyasət Materials 6 Mart 2006 16:34 (UTC +04:00)

Ötən il Cəncə Tekstil Səhmdar Cəmiyyəti tərəfindən Çin xalq respublikasından 1,1 milyon ABŞ dolları məbləğində müasir əyirici maşınlar alınıb. Və həmin ilin oktyabr-noyabr aylarında maşınlar çinli mütəxəsislər tərəfindən quraşdırılaraq istifadəyə verilib. Cəmiyyətdən Trend in qərb bürosuna verilən məlumata görə, yeni maşınların quraşdırılmasından sonra işçilərin sayı 200 nəfəri ötüb. Bundan başqa ötən ilin dekabr ayında Çinin əyirici avadanlıqlar istehsal edən müəssisələri ilə yeni 720 min ABŞ dolları məbləğində müqavilə bağlanıb. Hazırda müəssisədə bez, müxtəlif parçalar və cunalar istehsal edilir.

Xəbər lenti

Xəbər lenti