...

Ümid Partiyası Müsavat Partiyası üzvünün namizədliyini dəstəkləməyə qərar verib

Siyasət Materials 6 Mart 2006 17:54 (UTC +04:00)

Martın 6-da Ümid Partiyasının Rəyasət Heyətinin toplantısı keçirilib. Bu barədə Trend ə Ümid Partiyasından məlumat verilib. İclasda Azərbaycandakı ictimai-siyasi vəziyyətə dair partiyanın sədri, millət vəkili İqbal Ağazadə məruzə edib.

O, həmçinin Azərbaycanda siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsinə də toxunub. İ.Ağazadə bildirib ki, bu məsələ ilə bağlı Ümid Partiyasının mövqeyini beynəlxalq qurumaların nümayəndələrinin də diqqətinə çatdırıb və müsbət qarşılanıb.

Toplantıda 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən namizədliyini sürmüş Veteran Jurnalistlər Birliyinin sədri Tahir Paşanın Ümid Partiyasına ünvanladığı müraciətinə də baxılıb. Həmin dairədən Ümid Partiyasının heç bir namizəd irəli sürməməsi, T.Paşanın müraciəti və onun müharibə iştirakçısı olması nəzərə alınaraq namizədliyinin dəstəklənməsinə qərar verilib. Qeyd edək ki, T.Paşa Müsavat Partiyasının üzvüdür.

İclasda qurultaya hazırlıq məsələləri də müzakirə olunub, aprel ayının sonuna qədər bütün rayon təşkilatlarında konfransların yekunlaşacağı bildirilib. Ümid Partiyasının "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Qanuna dəyişikliklə bağlı təklifləri ilə bağlı ölkə başçısına müraciət edilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti