...

Lori Bristou: Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları regionda uzun müddətli sülhə zəmanət verən daha məqbul variantdır

Siyasət Materials 6 Mart 2006 21:21 (UTC +04:00)

Son günlərdə Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli variantları barədə səsləndirilən bəyanatlar mənfi qarşılanır. Trend "ATV" telekanalına istinadən bildirir ki, martın 6-da Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristou bu barədə bəyan edib.

Onun sözlərinə görə, sülh danışıqları problemin nizama salınmasının daha optimal yoludur. "Böyük Britaniya danışıqlar prosesinin davamını dəstəkləyir və hesab edir ki, bu, uzünmüddətli sülhə zəmanət verən və bütün tərəflərin marağına uyğun olan ən məqbul variantdır"-deyə britaniyalı diplomat qeyd edib.

L. Bristounun fikrincə, "o, artıq bir çox illər ərzində dondurulmuş problemin hərb yolu ilə həll edilməsi imkanı ilə bağlı heç bir illüziyaya qapılmır". "Amma mən qeyd etmək istəyirəm ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin sülh yolu ilə həlli üzrə öhdəliklərə sadiqdir və biz onların mövqeyini dəstəkləyirik"-deyə səfir qeyd edib.

Avropa Parlamentinin guya Azərbaycanın Culfa rayonunda dağıdılmış erməni qəbirlərinin dağıdılması ilə bağlı qəbul etdiyi qətnaməyə toxunan səfir xüsusi qeyd edib ki, "onda bu faktla bağlı heç bir məlumat yoxdur". "Parlamentarilərin şəxsi mövqeyinə əsaslanan sənəd onların dövlətinin mövqeyini əks etdirmir"-deyə sonda diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti