...

Azərbaycan prezidenti rəsmi səfərlə Yaponiyaya yola düşüb

Siyasət Materials 7 Mart 2006 11:48 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, prezident İlham Əliyev rəsmi səfərlə Yaponiyaya yola düşüb.

Azərbaycan prezidentinin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun məlumatına görə, martın 7-dən 10-dək davam edəcək səfər zamanı prezident çoxsaylı görüşlər keçirəcək. Bu sıraya Yaponiyanın imperatoru və baş naziri ilə görüşlər də daxildir. Bu görüşlərdə qarşılqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılacaq. İ.Əliyev Yaponiyanın iri şirkətləri, o cümlədən Itochu, Inpex-in rəhbərləri, beynəlxalq əməkdaşlıq üzrə beynəlxalq agentliyin prezidenti, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbərləri ilə görüşmək niyyətindədir. Prezident, həmçinin, digər tədbirlərdə, Azərbaycan-Yaponiya iqtisadi forumunda iştirak edəcək. Bu forumda Azərbaycanın müəyyən rəsmi qurumlarının rəhbərləri və işgüzar şəxslərin iştirakı gözlənilir.

Danışıqların yekunları üzrə ikitərəfli sənədlərin imzalanması gözlənilir. Belə ki, Yaponiyanın baş naziri və Azərbaycan prezidenti birgə bəyanat qəbul edəcək, hər iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum, o cümlədən texniki iqtisadi əməkdaşlığa dair saziş imzalanacaq.

Səfər zamanı dövlət başçısını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müşayiət edir.

Xəbər lenti

Xəbər lenti