...

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edir

Siyasət Materials 7 Mart 2006 12:12 (UTC +04:00)

Martın 7-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nümaynədələri bir sıra tədbirlərdə iştirak edir. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 7-də NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Moldovanın Kişinyov şəhərində başlanan "Kooperativ Lonqbou/Lancer 2006" və Rumıniyanın Kostanta şəhərində başlanan "Kooperativ Mako 2006" təlimlərinin əsas planlaşdırma konfransları martın 9-da bitəcək.

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində keçirilən qərargah danışıqları isə martın 10-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti