...

Bakının qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının maliyyələşdirilməsinə 26 milyon manat ayrılıb

Siyasət Materials 7 Mart 2006 12:14 (UTC +04:00)

Azərbaycan prezidenti "Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə tədbirlər proqramında yerinə yetirilməsi nəzərədə tutulan işlərin maliyyələşdirilməsi barədə" sərəncam imzalayıb. Trend in verdiyi məlumata görə, sərəncamda bildirilir ki, işllərin yerinə yetirilməsini təmin etmək məqsədilə Maliyyə Nazirliyinə Azərbaycanın 2006-cı il üzrə dövlət büdcəsində müəyyən edilmiş Prezidentin Ehtiyat Fondundan 26,0 (iyirmi altı) milyon manat məbləğində vəsaitin ayrılması tapşırılıb.

Vəsaitin aşağıdakı təşkilatlar arasında paylanması nəzərdə tutulub: Təhlsil Nazirliyinə - 8,0 milyon manat, Səhiyyə Nazirliyinə - 2,1 milyon manat, Gənclər və İdman Nazirliyinə - 1,9 milyon manat, Mədəniyyət və Turizm Nazirliyinə - 0,6 milyon manat, Ekologiya və Təbii ehtiyatlar Nazirliyinə - 0,1 milyon manat, Bakı İcra Hakimiyyətinə - 2,0 milyon manat, "Azəriqaz" qapalı səhmdar cəmiyyətinə - 6,2 milyon manat, "Azərsu" açıq səhmdar cəmiyyətinə - 5,1 milyon manat.

Xəbər lenti

Xəbər lenti