...

Milli Məclisin növbəti iclasında bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə dinlənilib

Siyasət Materials 7 Mart 2006 14:02 (UTC +04:00)

Milli Məclisin martın 7-də keçirilən növbəti iclasının gündəliyinə üç qanun layihəsinin müzakirəsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi daxil edilib. Trend xəbər verir ki, spiker Oqtay Əsədov 8 Mart beynəlxalq qadınlar günü münasibətilə qadın millət vəkillərini təbrik etdikdən və millət vəkilləri cari məsələlər barədə danışdıqdan sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlanılıb.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə ədliyyə nazirinin müavini Vilayət Eyvazov çıxış edib. V.Evazov nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi prosesində əldə edilən müsbət və mənfi göstəricilərdən danışıb.

Regional məsələlər daimi komissiyasının sədri, millət vəkili Arif Rəhimzadə illik məruzə haqqında müsbət və mənfi fikirlərini bildirərək məruzəni qənaətbəxş hesab edib. A.Rəhimzadə bələdiyyələr tərəfindən qanunsuz torpaq satışı ilə bağlı iradlarını bildirib. Çıxış edən digər millət vəkilləri daha çox bələdiyyələrin fəaliyyətindən narazı qaldıqlarını ifadə ediblər. Ümumilikdə isə məruzə müsbət qarşılanıb.

Gündəlikdə duran ikinci məsələ - "Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti