...

Rəbiyyət Aslanova: "BMT-nin milli azlıqlar üzrə komissarı Azərbaycana gələcək"

Siyasət Materials 7 Mart 2006 16:36 (UTC +04:00)

"Milli azlıqlar haqqında" qanunun qəbul olunmasına ehtiyac yoxdur". Trend xəbər verir ki, bu barədə Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

R.Aslanova qeyd edib ki, Azərbaycan Konstitusiyasında hər bir insanın milli mənsubiyyət hüququ öz əksini tapıb: "Bu kifayət edir ki, Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsi öz mədəni müxtəlifliyini ifadə edə bilsin". Millət vəkili Avropa Şurasının adıçəkilən qanunun qəbul olunması ilə bağlı Azərbaycan qarşısında öhdəlik qoymasına da münasibət bildirib. Qeyd edib ki, beynəlxalq təşkilatların toplantılarında dilindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan xalqların birliyinin Avropa dövlətləri üçün nümunə olduğunu onların nəzərinə çatdırıblar.

Komissiya sədri onu da vurğulayıb ki, BMT-nin milli azlıqlar üzrə komissarını Azərbaycana dəvət edib: "İstəyirəm ki, Azərbaycana gəlib milli azlıqların nümayəndələrinin birliyinin şahidi olsun". R.Aslanova BMT-nin milli azlıqlar üzrə komissarının bir neçə aydan sonra Azərbaycana gələcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti