...

Səyavuş Novruzov: Gələn həftə parlamentdə Nazirlər Kabinetinin 2005-ci il fəaliyyəti haqqında hesabatı dinləniləcək

Siyasət Materials 7 Mart 2006 17:17 (UTC +04:00)

Növbəti həftə Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

S.Novruzov qeyd edib ki, millət vəkillərini dövlət orqanlarının fəaliyyəti ilə maraqlandıran bütün suallar bu müzakirələr nəticəsində cavab veriləcək.

YAP rəsmisi eyni zamanda parlamentdə "Dini etiqad azadlığı haqqında" qanun layihəsinin də qəbulunun zəruriliyindən danışıb. Millət vəkili Azərbaycanda əsas problemlərdən birinin xarici missionerlərin əhalinin gənc təbəqəsinə nüfuz etməsi olduğunu göstərib. Bu təhlükənin gələcəkdə qarşısının alınması məqsədilə "Dini etiqad azadlığı haqqında" qanunun qəbulunun vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti