...

Milli Məclisin martın 10-da keçiriləcək növbəti toplantısında iki qanun layihəsi müzakirə ediləcək

Siyasət Materials 9 Mart 2006 12:03 (UTC +04:00)

Milli Məclisin martın 10-da keçiriləcək növbəti toplantısında iki qanun layihəsi müzakirə ediləcək. Bu barədə Trend ə parlamentin mətbuat xidmətindən bildirilib.

Müzakirəyə çıxarılacaq birinci qanun layihəsi "Kişi və qadınların (gender) bərabərliyinin təminatları haqqında" olacaq. Qeyd edək ki, bu qanun layihəsi martın 2-də Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti, sosial siyasət və insan hüquqları daimi komissiyalarının birgə iclasında müzakirə olunub.

Müzakirəyə çıxarılacaq ikinci qanun layihəsi isə parlamentin aqrar siyasət daimi Komissiyası tərəfindən hazırlanan "Fitosanitariya haqqında" sənəd olacaq.

Xəbər lenti

Xəbər lenti