...

ASDP həmsədrləri "Sosintern"in Moskvada keçiriləcək toplantısında iştirak edəcək

Siyasət Materials 9 Mart 2006 12:25 (UTC +04:00)

"Sosialist İnternsional" ("Sosintern") beynəlxalq təşkilatının martın sonlarında aprelin əvvəllərində Moskvada növbəti toplantısı keçiriləcək. Bu barədə Trend ə adıçəkilən təşkilatın üzvü Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirib.

A.Əlizadə bildirib ki, toplantı "Sosintern"in Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi və Cənubi Qafqaz ölkələri Komitəsinin təşəbbüsü ilə keçiriləcək. Dəyirmi masa ətrafında bir sıra məsələlərin müzakirə ediləcəyini deyən ASDP həmsədri Azərbaycandakı istimai-siyasi vəziyyət və Dağlıq Qarabağ problemi barədə danışacaqlarını vurğulayıb.

Onu da qeyd edək ki, Moskvada keçiriləcək toplantıda ASDP-nin digər həmsədri Ayaz Mütəllibov da iştirak edəcək.

Aprelin ikinci ongünlüyündə isə Fransanın paytaxtı Paris şəhərində "Sosintern"in Şurasının növbəti toplantısı, 2007-ci ilin əvvəllərində isə Konqresinin növbəti toplantısı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti