...

İlham Əliyev: "Regional inkişaf Azərbayan üçün prioritet istiqamətdir"

Siyasət Materials 9 Mart 2006 12:39 (UTC +04:00)

"Regional inkişaf Azərbaycan üçün prioritet istiqamətdir və biz yapon şirkətlərinin bu prosesdə iştirak etməsini istərdik". Trend in xəbər verdiyi kimi, bu barədə prezident İlham Əliyev Tokioda Azərbaycan-Yaponiya iqtisadi forumunda çıxış edərkən bəyan edib.

Dövlət başçısı bildirib ki, yapon şirkətləri Azərbaycanın enerji sektoruna yüz milyonlarla dollar sərmayə qoyub, ancaq qeyri-neft sektorunda da yaxşı imkanlar mövcuddur. "Qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafı üçün yeni texnologiyaların tətbiqi zəruridir. Biz yapon şirkətlərinin belə texnologiyaların tətbiqi prosesinə cəlb olunmasını istərdik", - deyə prezident qeyd edib.

2006-cı ildə kənd təsərrüfatı, təhsil və səhiyyə sahələrində iri investisiya layihələrinin gerçəkləşdirilməsinə gəlincə, İ.Əliyev yapon şirkətlərini bu prosesdə iştirak etməyə çağırıb. Yaponiya hökuməti tərəfindən Azərbaycanda həyata keçirilən texniki və digər sahələrdə yardım proqramını xatırladan prezident bu proseslərin daha fəal davam etdirilməsi zəruriliyini vurğulayıb.

Forumda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrindən təxminən 30 nümayəndə və 100-dək yapon şirkəti iştirak edib.

Dövlət başçısı bir gün əvvəl imperator Akihito və ölkənin beynəlxalq əməkdaşlıq agentliyinin prezidenti xanım Sadako Oqata ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti