...

Əli Məsimov: "Texnokratların birliyini yaratmaq lazımdır"

Siyasət Materials 9 Mart 2006 14:33 (UTC +04:00)

Gələcək texnokratların olduğu üçün onların birliyini yaratmaq lazımdır. Bu barədə Trend ə Azad Demokratlar Birliyinin sədri, millət vəkili Əli Məsimov bildirib.

Ə.Məsimov qeyd edib ki, hamını bir yerə yığmaq ehtimalı o qədər də böyük deyil, amma müəyyən fazini bir yerə toplamaq mümkündür. Qalanları öz yerlərində olmaqla fəaliyyətin koordinasiya edilməsi reallığı əks etdirən modeldir: "Çünki kimsə üzvü olduğu təşkilatdan çıxmaq üçün psixoloji cəhətdən hazır deyil. Amma öz potensialını da istifadə etməməsi onu narahat edir. Bu dilemmada qalan insanlar üçün ortaq məxrəcin tapılması barədə fikirləşirəm".

Millət vəkili bildirib ki, belə insanlar xaricə gedib yüksək nəticələr əldə etdikdən sonra Azərbaycana qayıdıb öz potensiallarından bəhrələnmirlər. Bu da gələcəkdə insan kapitalının itirilməsinə gətirib çıxaracaq: "Neftdən gələn gəlirin əhəmiyyətli hissəsini insan kapitalının formalaşmasına və bir də ağac əkilməsinə sərf etməliyik".

Ə.Məsimov vurğulayıb ki, heç bir partiyanın üzvü olmayan insanların ictimai-siyasi proseslərdə fəal iştirakını və potensial imkanlarını reallaşdıra bilməyən partiya üzvlərinin önə çıxmasını təmin etmək lazımdır. Gələcəyin texnokratların olduğunu deyən millət vəkili hakimiyyətdə kimin olmasından asılı olmayaraq güclü dövlətçilik təfəkkürü olan insanlardan ibarət komandanın yaradılmasının tərəfdarıdır: "Bu insanların düşüncələrindən, potensialından maksimum istifadə edib ölkəni regionun qüdrətli dövlətinə çevirmək olar".

Xəbər lenti

Xəbər lenti