...

Azərbaycan prezidenti bu gün Tokioda bir sıra görüşlər keçirib

Siyasət Materials 9 Mart 2006 15:50 (UTC +04:00)

Prezident İlham Əliyev Yaponiyaya rəsmi səfəri çərçivəsində martın 9-da xarici işlər naziri Taro Asso ilə görüşüb. Trend in "Lider" telekanalına istinadən verdiyi xəbərə görə, tərəflər ikiktərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını, istifadə olunmamış potensialın işə salınmasının zəruriliyini qeyd ediblər.

İ. Əliyev həmçini, Azərbaycanın Tokiodakı səfirliyinə də baş çəkib və diplomatik nümayəndəliyin fəaliyyəti ilə yaxından tanış olub. Dövlət başçısı zəruri tapşırıqlar verib.

Elə bu gün dövlət başçısı "HNK" telekanalına müsahibə verib, eləcə də Yaponiyanın xarici əlaqələr institutunun icraçı direktoru Toşiyuki Fucivara, Yaponiyanın xarici ticarət təşkilatının və informasiya texnologiyaları sahəsində dünya şöhrətli FSAS şirkətinin nümayəndələri ilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti