...

"Azadlıq" bloku martın 10-da qeyri-rəsmi toplantı keçirəcək

Siyasət Materials 9 Mart 2006 16:57 (UTC +04:00)

"Azadlıq" siyasi blokunun liderləri martın 10-da saat 16.00-da Azərbaycan Demokrat Partiyasının qərargahında qeyri-rəsmi toplantı keçirəcək. Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev məlumat verib.

Ə.Əliyev bildirib ki, məqsəd martın 28-də keçiriləcək "Neft gəlirləri: şəffaflıq və səmərəlilik" mövzusunda konfransa hazırlaşmaqdır. AMİP sədri onu da qeyd edib ki, konfransa hazırlıq məsələləri neft sahəsi üzrə mütəxəssislərin iştirakı ilə müzakirə ediləcək.

Qeyd edək ki, konfrans "Azadlıq" bloku adından Azərbaycan Liberal Partiyasının təşkilatçılığı ilə keçiriləcək.

Ə.Əliyev qeyd edib ki, həmin toplantıda blokun məclisinin martın 18-də keçiriləcək növbəti toplantısında müzakirə olunacaq məsələlərlə bağlı da fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti