...

AMİP-in hər iki qanadı qurultaya hazırlaşır

Siyasət Materials 9 Mart 2006 17:18 (UTC +04:00)

Əli Əliyevin sədri olduğu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rayon təşkilatlarında struktur islahatları aparılır. Bu barədə Trend ə Ə.Əliyev məlumat verib.

Ə.Əliyevin sözlərinə görə, partiyanın siyasi kursuna qarşı çıxan rayon təşkilatlarının rəhbərləri tutduqları vəzifələrdən azad ediliblər. Konfranslar keçirilənə qədər onların səlahiyyətlərini müavinləri həyata keçirəcək.

Qeyd edək ki, Ə.Əliyevin rəhbərlik etdiyi AMİP bu ilin payızına planlaşdırdığı növbəti qurultaya hazırlıq məqsədilə martın sonlarında rayon təşkilatlarının konfranslarını keçirməyi planlaşdırır.

Etibar Məmmədovun lideri olduğu AMİP isə aprel-may aylarına planlaşdırılan növbəti qurultaya hazırlıqla bağlı fevralın 24-dən rayon təşkilatlarının konfranslarına start verib. AMİP-in təşkilat katibi Rəşad Bayramov bildirib ki, 72 rayon təşkilatında konfransların keçirilməsi planlaşdırılıb: "Bu vaxtadək 8 rayon təşkilatında konfranslar keçirmişik. Martın 11-də Səbayel və Nəsimi, martın 12-də isə Nizami rayon təşkilatlarında tədbirlərimiz olacaq".

Xəbər lenti

Xəbər lenti