...

Pakistanın Azərbaycandakı səfiri Milli Məclisdə görüş keçirib

Siyasət Materials 10 Mart 2006 13:54 (UTC +04:00)

Martın 10-da Pakistanın Azərbaycandakı səfiri Məhəmməd Hafiz Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimovla görüşüb. Trend xəbər verir ki, görüşdə iki dövlət arasındakı münasibətldər müzakirə olunub.

E.İbrahimov Pakistanla Azərbaycan arasındakı dostluq münsibətlərinin inkişafında dövlət başçılarının əməyini xüsusilə qeyd edib. Millət vəkildi bildirib ki, belə görüşlərin keçirilməsi iki ölkənin parlamentlərarası əməkdaşlığının inkişafına da böyük təsir göstərir. E.İbrahimov onu da vurğulayıb ki, Pakistan parlamentinin beynəlxalq əlaqələr komissiyası rəhbəri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovu Pakistana dəvət edib. Belə dəvətlər hər iki ölkənin parlament rəhbərlərinin görüşlərinə hazırlıq kimi qiymətləndirilə bilər.

Pakistanın səfiri dövlətlərarası münasibətlərin inkişafı üçün belə görüşlərin zəruri olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti