...

Tokioda üç hökumətlərarası sənəd imzalanıb

Siyasət Materials 10 Mart 2006 16:23 (UTC +04:00)
Tokioda üç hökumətlərarası sənəd imzalanıb

Azərbaycan prezidentinin Yaponiyaya rəsmi səfərinin sonuncu günü, martın 10-da baş nazir Dzyunitiro Koidzuminin iqamətgahında üç sənədin imzalanması mərasimi keçirilib. Trend in "Lider" telekanalına istinadən verdiyi məlumata görə, geniş formatda Azərbaycan-Yaponiya ikitərəfli danışıqlarının yekunu üzrə birgə bəyannamə, texniki əməkdaşlıqla bağlı razılaşma və iki ölkənin Xarici İşlər nazirliklərinin əməkdaşlıq proqramı imzalanıb.

Birgə bəyannaməyə prezident İlham Əliyev və baş nazir Dzyunitiro Koidzumi imza atıb. İmzalanma mərasimindən sonra tərəflər birgə bəyannaməni səsləndiriblər.

Bəyannaməyə görə, Yaponiyanın və Azərbaycanın mövqeləri bir çox məsələlərdə üst-üstə düşür. Rəsmi Tokio Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığı mövqeyindən çıxış edir, Bakı isə Yaponiyanı BMT-nin daimi üzvlüyü məsələsində dəstəkləyir.

İqtisadi inkişafa gəldikdə isə, D. Koidzumi qeyd edib ki, Azərbaycan iqtisadiyyatının artım sürəti Yaponiyanın bu sahədəki göstəricilərini ən azı 10 dəfə qabaqlayır.

Öz növbəsində Azərbaycan dövlətinin başçısı ölkənin iqtisadi inkişaf planları barədə danışıb və Bakının Tokio ilə daha sıx iqtisadi əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti