...

Əli Əhmədov: "ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hazırladığı hesabatda reallığı əks etdirməyən məqamlar çoxdur"

Siyasət Materials 10 Mart 2006 16:41 (UTC +04:00)
Əli Əhmədov: "ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hazırladığı hesabatda reallığı əks etdirməyən məqamlar çoxdur"

ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair 2005-ci il üçün hazırladığı hesabatda reallığı əks etdirməyən məqamlar çoxdur. Trend xəbər verir ki, bu barədə jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Ə.Əhmədov qeyd edib ki, ikili standartlar həm gerçəklikləri düzgün əks etdirmir, həm də özündə qərəzli məqamları ifadə edir. Azərbaycanla bağlı belə halların dəfələrlə təkrar olunduğunu deyən millət vəkili ABŞ Dövlət Departamentinin 2005-ci il üçün Azərbaycanla bağlı məlum hesabatında reallıqları əks etdirməyən məqamların olduğunu bildirib: "Azərbaycandakı demokratik durum, mətbuat azadlığı, insan haqlarının qorunması ilə əlaqədar, o cümlədən də 2005-ci ilin noyabrında keçirilən parlamentə verilən qiymətdə reallığı tam ifadə etməyən məqamlar var".

Millət vəkili vurğulayıb ki, Dövlət Departamentinin məlum sənədində nəzərdə tutulan məqamlarla bağlı Azərbaycan cəmiyyətində əksəriyyətinin düşüncələri ayrı-ayrı hesabatlarda verilən dəyərləndirmələrdən fərqlidir.

Xəbər lenti

Xəbər lenti