...

Azərbaycanın Daxili İşlər Nazirliyinin və Daxili Qoşunlarının zabitləri üçün təlim kursları keçiriləcək

Siyasət Materials 10 Mart 2006 17:41 (UTC +04:00)

Martın 13-dən başlayaraq Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) və Daxili Qoşunlarının (DQ) zabitləri üçün təlim kursları keçiriləcək. Bu barədə Trend ə DQ-nin mətbuat xidmətindən məlumat verilib.

Təlim kursları Amerika səfirliyinin dəstəyi ilə keçiriləcək və kurslarda DİN-lə DQ-nin ümumilikdə 30 zabiti iştirak edəcək. Zabitlərimizə sahəyə baxış, axtarış və həbs etmək sahəsində yeni metodologiyaların tətbiqi öyrədiləcək.

Tədbir mart ayının 23-də yekunlaşacaq.

Mart ayının sonunda isə Avropa Jandarm Qüvvələri Təşkilatı (FİEP) missiyasının Bakıya səfəri gözlənilir.

Xəbər lenti

Xəbər lenti