...

Təkrar seçkidə iştirak edənlərdən 128 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 10 Mart 2006 18:08 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkilərində iştirak edən namizədlərdən 128-nin namizədliyini qeydə alınıb. Trend in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. O, bildirib ki, 196 nəfər namizəd imza vərəqələrini dairə seçki komissiyalarına təhvil verib. Namizədlərdən 17-si isə könüllü şəkildə namizədliyini geri götürüb. 16 nəfərin namizədliyinin qeydə alınmasından imtina olunub.

M.Pənahov bildirib ki, namizədlərdən 59 nəfəri bitərəfdir. Qalan namizədlər isə 17 siyasi partiyanın üzvləridir. MSK sədri yaxın günlərdə qeydiyyat mərhələsinin başa çatacağını və namizədlərin təşviqatına başlanacağını deyib.

Xəbər lenti

Xəbər lenti