...

Terri Devis 37 ölkənin hökumətlərinə "məhbusların daşınması üçün uçuşlar" haqqında əlavə sorğular ünvanlayıb

Siyasət Materials 10 Mart 2006 19:49 (UTC +04:00)

Avropa Şurasının baş katibi Terri Devis 37 ölkənin hökumətlərinə, o cümlədən Azərbaycana "gizli həbsxanalar" və ya "məhbusların daşınması üçün uçuşlar"la bağlı əlavə sorğular ünvanlayıb. Trend in xəbər verdiyi kimi, təşkilata üzv dövlətlər tərəfindən öhdəliklərin insan hüquqları konvensiyasına uyğun olaraq yerinə yetirilməsi haqqında sorğu da daxil olmaqla Avropa ölkələrində "gizli həbsxanaların" olması və bu ölkələrin ərazisi vasitəsilə məhbusların daşınması üçün aviareyslərin təşkil olunması haqqında sorğusuna cavab almaq məqsədilə T.Devis 46 üzv ölkənin 37-nin xarici işlər nazirlərinə məktub göndərib.

T.Devis bu ölkələrin hökumətlərinə Baş katibin 21 noyabr 2005-ci il tarixli birinci sorğusuna cavab olaraq göndərilmiş izahatları dəqiqləşdirməyi təklif edib.

Söhbət bu ölkələrdən gedir: Andorra, Ermənistan, Azərbaycan, Bosniya i Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya və Çernoqoriya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, "Keçmiş Yuqoslaviya Respublikası - Makedoniya", Türkiyə, Ukrayna və Birləşmiş Krallıq.

Əlavə sorğunun cavablandırılma müddəti aprelin 7-si müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti