...

YAP-ın Gənclər Birliyi "Cənub regional forumu" keçirəcək

Siyasət Materials 11 Mart 2006 12:06 (UTC +04:00)

Martın sonu- aprelin əvvələrində Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Cənub regional forumu" çərçivəsində Lənkəranda forum keçirəcək. Bu barədə YAP Gənclər Birliyinin sədri Ramil Həsənov bildirib.

R.Həsənov qeyd edib ki, martın 3-də YAP-çı gənclər belə bir forumu qərb bölgəsində keçirib: "Belə forumları regionların inkişaf layihəsi çərçivəsində keçiririk. Məqsədimiz regionlarda gənclərin bilik və bacarığının, intellektual səviyyəsinin artırılmasına yardım göstərməkdir".

R.Həsənov bildirib ki, YAP-ın Gənclər Birliyi mərkəzləşdirilmiş qaydada sistem yaratmağı düşünür. Gənclərin bölgələrdəki fəaliyyəti barədə məlumatların, onların fikir və təkliflərinin bu sistemdə toplanması nəzərdə tutulub. "Digər bölgələrdə də forumların keçirilməsini planlaşdırmışıq" - deyən R.Həsənov yay aylarında şimal bölgəsində də gənclərin toplantısının keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti