...

Daxili işlər naziri ABŞ Dövlət Departamentinin hesabatından təəssüflənir

Siyasət Materials 11 Mart 2006 12:54 (UTC +04:00)
Daxili işlər naziri ABŞ Dövlət Departamentinin hesabatından təəssüflənir

"Mən çox təəssüflənirəm ki, bu hesabat Dövlət Departamentinə birtərəfli verilən məlumatlar əsasında hazırlanıb". Trend xəbər verir ki, bu barədə martın 11-də Azərbaycanın daxili işlər naziri Ramil Usubov Amerika Dövlət Departamentinrn yaydığı son hesabata münasibətini bildirərkən deyib.

"Daxili qoşunlar və digər hüquq-mühafizə orqanlarının 2005-ci ildəki fəaliyyətini, kütləvi ixtişaşlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən görülən tədbirləri Dövlət Departamenti hədsiz zorakılıq hərəkətləri kimi təqdim edib. Mən bununla razı deyiləm" - o qeyd edib. "Hüquq-mühafizə orqanları asayişi qoruyan bir qurum kimi qanunla üzərinə düşən vəzifəni yerinə yetirib, asayişi pozanlara qarşı qanun çərçivəsində adekvat tədbirlər görüb. Burada heç bir qanun pozuntusundan, insan haqqlarının tapdalanmasından söhbət gedə bilməz".

R.Usubov təəssüf etdiyini deyib ki, Azərbaycan daxilində ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyən və özünü müxalifətyönlü adlandıran bəzi qüvvələr bu hesabatdan öz məqsədləri üçün istifadə edirlər. Onun sözlərinə görə, Daxili Qoşunlar və digər hüquq-mühafizə orqanları daim Azərbaycanda xaos, anarxiya və dövlət çevrilişinə cəhdlərin qarşısını almağa xidmət edib".

Xəbər lenti

Xəbər lenti