...

Ramil Usubov Daxili Qoşunların hərbi hissəsində olub

Siyasət Materials 11 Mart 2006 13:41 (UTC +04:00)

Daxili işlər naziri Ramil Usubov daxili qoşunların hərbi hissəsində olub. Trend in xəbərinə görə, nazir hərbi hissə əsgərlərinin nümunəvi çıxışlarını izləyib.

Daha sonra nazir hərbi hissənin ərazisini gəzərək müasir texnika ilə, şəxsi heyətlə tanış olub. Daha sonra əsgər kazarmasına baş çəkib, xatirə dəftərinə bayram münasibətilə ürək sözlərini yazıb, əsgərləri Daxili Qoşunların ildönümü münasibətilə şəxsən təbrik edib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, hərbi prokuror Xanlar Vəliyev, müdafiə nazirinin müavini Çingiz Məmmədov, prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev və digər yüksək rütbəli şəxslər də iştirak edib.

Xəbər lenti

Xəbər lenti