...

Zakir Həsənov: Son 14 ildə daxili qoşunlar böyük və şərəfli yol keçib

Siyasət Materials 11 Mart 2006 14:51 (UTC +04:00)
Zakir Həsənov: Son 14 ildə daxili qoşunlar böyük və şərəfli yol keçib

Son 14 il ərzində Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin tabeliyində olan Daxili Qoşunlar böyük və şərəfli bir yol keçib . Trend in xəbərinə görə, bu barədə jürnalistlərə Daxili Qoşunlarının komandanı Zakir Həsənov məlumat verib.

Komandan qeyd edib ki, 90-cı ilin əvvəllərində Qarabağa erməni təcavüzü zamanı Daxili Qoşunlar Azərbaycan torpaqlarının qorunmasında öz gücünü göstərib. Sonrakı illərdə bu qoşun növü daha da qüvvətlənib və beynəlxalq standartlara cavab verən hərbi quruma çevrilib . "Bu gün Daxili Qoşunlar üzərinə düşən bütün vəziyfələri yüksək səviyyədə icra etməyə qadir olan bir qurumdur. Son illər Daxili Qoşunların xidmətləri, döyüş hazırlığı silahlı quvvələrin ali baş komandanı , möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən də dönə-dönə yüksək qiymətləndirilib. Daxili Qoşunların daxili işlər orqanlarının ayrılmaz hissəsi kimi Azərbaycan daxilində təhlükə yaranarkən, həmin təhlükəni dərhal aradan qaldırılmasında böyük xidmətldəri var" - deyə Z.Həsənov qeyd edib.

Komandanın sözlərinə görə, Daxili Qoşunlaarın döyüş hazırlığının daha yüksək səviyyəyə qaldırılması, zabit və əsgərlərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində 2006-cı ildə proqram tərtib olunub və daxili işlər naziri tərəfindən təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti