...

Viktor Yuşenko və Abbas Abbasov birgə enerji layihələrinin işlənib-hazırlanması imkanlarını müzakirə edib

Siyasət Materials 13 Mart 2006 11:34 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasovla görüşüb.

Ukrayna prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər ölkələr arasında ticari-iqtisadi münasibətlərin inkişafını müzakirə edərək son il ərzində bu münasibətlərin inkişafını və əhəmiyyətli potensialını qeyd edib.

Görüşdə energetika sahəsində ikitərəfli qarşılıqlı münasibətlər və birgə enerji layihələrinin işlənib-hazırlanması imkanları da müzakirə olunub.

Bundan başqa, həmsöhbətlər Ukrayna və Azərbaycan arasında regional siyasət və humanitar əməkdaşlıq məsələlərinə də toxunub.

Görüşdə Ukrayna tərəfdən, həmçinin, baş nazirin birinci müavini Stanislav Staşevski də iştirak edib. Bu barədə LІQABіznesІnform xəbər verir.

Xəbər lenti

Xəbər lenti