...

Milli Məclisin bir qrup deputatı Brüsselə yola düşüb

Siyasət Materials 13 Mart 2006 12:08 (UTC +04:00)

Milli Məclisin bir qrup deputatı NATO-nun Baş Qərargahında keçiriləcək seminarda iştirak etmək üçün martın 11-də Brüsselə yola düşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, deputat qrupuna Azər Əmiraslnov, Rövşən Rzayev, Çingiz Əsədullayev, Əkrəm Abdullayev və İltizam Əkbərli daxildir. Tədbir ABŞ-ın NATO-dakı nümayəndə heyəti və ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən təşkil edilib.

Tədbirdə Mərkəzi Asiya və Qafqaza münasibətdə NATO-nun strateji siyasəti, təşkilatın Avropa İttifaqı və Rusiya ilə münasibətləri, tədqiqat və texnologiya sahəsində təşəbbüslər, Aralıq dənizi hövzəsi ölkələrinə dair NATO-nun İstanbul Əməkdaşlıq Proqramı və digər mövzularla bağlı fikir mübadiləsi aparılacaq.

Deputatlarımız müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək. Səfər martın 16-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti