...

Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanı, Bruney və Malayziyaya səfər edəcək

Siyasət Materials 13 Mart 2006 12:22 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat və informasiya siyasət idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Onun sözlərinə görə, səfər işgüzar xarakter daşıyır. Səfər zamanı E.Məmmədyarov Ciddədə Türkiyə, Yəmən və Azərbaycanın XİN başçılarının görüşündə iştirak edəcək. Nazirlər İslam Konfransı təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iyunda Bakıda keçiriləcək iclasına hazırlıqla bağlı məsələləri müzakirə edəcək.

T.Tağızadənin verdiyi məlumata görə, nazir işgüzar səfərlə Ciddədən Bruneyə və Malayziyaya yola düşəcək. Hazırda səfər proqramı dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti