...

AXCP-nin (k) qurultayına partiyalardan qonaq dəvət edilməyib

Siyasət Materials 13 Mart 2006 13:17 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) (AXCP) martın 26-da keçirəcəyi növbəti qurultayına heç bir qonaq dəvət olunmayıb. Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Mirmahmud Mirəlioğlu bildirib.

M.Mirəlioğlu qeyd edib ki, AXCP-nin bütün qurultayları bir neçə gün çəkib: "Ancaq biz martın 26-a təyin etdiyimiz qurultayı bir gün ərzində keçirəcəyik. Qurultayımızın bir günlük olduğunu və təkrar seçkilərə hazırlaşdığımızı nəzərə alaraq heç bir partiya və təşkilatdan qurultayımızda iştirak etməklə bağlı qonaq dəvət etməmişik. Mən elə düşünürəm ki, buna görə bizdən inciməyəcəklər". Partiya sədri onu da vurğulayıb ki, qurultayda yalnız media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, AXCP-nin (k) qurultayında partiyanın 64 rayon təşkilatından 350-ə yaxın nümayəndə iştirak edəcək.

M.Mirəlioğlu onu da bildirib ki, 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak etməklə bağlı 42 saylı Sumqayıt ikinci seçki dairəsindən özünün və 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən isə Yusif Sevdimalıyevin namizədliyinin qeydə alındığını deyən partiya sədri 31 saylı Suraxanı ikinci seçki dairəsindən partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən isə Fikrət Cəfərovun namizədliyinin qeydə alınıb-alınmaması ilə bağlı bu gün cavab veriləcəyini deyib.

Xəbər lenti

Xəbər lenti