...

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri hərbi kurslarda iştirak edirlər

Siyasət Materials 13 Mart 2006 13:22 (UTC +04:00)

Martın 13-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO ilə Azərbaycan arasında imzalanmış "Sülh Naminə Tərəfdaşlıq" proqramına uyğun olaraq tədbirlərdə iştirak edirlər. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyə Respublikasının İzmir şəhərində başlanan "Fəlakətlər zamanı humanitar yardım əməliyyatları" kursu martın 17-də, Belçika Krallığının Brüssel və Mons şəhərlərində başlanan "NATO-nun Beynəlxalq Qərargahı və Tərəfdaşlığın Koordinasiya Qrupu ilə tanışlıq proqramı" mövzusunda seminar isə martın 23-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti