...

Kiyevdə GUAM ölkələri ekspertlərinin görüşü keçirilir

Siyasət Materials 13 Mart 2006 14:32 (UTC +04:00)

Martın 13-də Kiyevdə GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ekspertlərinin ikigünlük görüşü başlayıb. Azərbaycanın GUAM-dakı daimi nümayəndəsi, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Səbuhi Temirovun Trend ə eksklüziv olaraq verdiyi məlumata görə, ekspertlər Kişinyov sammitinin qərarı ilə GUAM əsasında yaradılacaq gələcək təşkilatın nizamnamə sənədləri üzərində işləyir.

S.Temirovun sözlərinə görə, bu, ekspertlərin 3-cü görüşüdür. İşlənib hazırlanmış sənədlər baxılmaq üçün GUAM-ın milli əlaqələndiricilərinə, daha sonra isə təşkilata üzv ölkələrin xarici işlər nazirləri və rəhbərlərinə təqdim olunacaq.

Diplomat qeyd edib ki, Ukraynanın GUAM ölkələrinin növbəti sammitinin mayda Kiyevdə keçirilməsi ilə bağlı təklifi hələ də aktualdır. Buna qədər isə xarici işlər nazirləri və milli əlaqələndiricilərin görüşlərinin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti