...

Azad Rəhimov Vyaçeslav Fetisovla görüşüb

Siyasət Materials 13 Mart 2006 15:35 (UTC +04:00)

Gənclər və idman naziri Azad Rəhimov Moskvada Bədən tərbiyəsi və İdman üzrə Federal Agentliyin rəhbəri Vyaçeslav Fetisovla görüşüb.

İdarənin mətbuat katibi Raqif Abbasovun Trend ə verdiyi məlumata görə, məmurlar arasında görüş tanışlıq xarakteri daşıyır. "Tərəflər yaxın vaxtlarda qarşılıqlı tərəfdaşlığa yönəlik bir sıra müqavilələrin imzalanması barədə razılığa gəliblər. Və tezliklə bu planlar həyata keçiriləcək", - deyə R.Abbasov bildirib. Eləcə də, iki ölkənin nazirliklərinin Pekindəki 2008-ci il Olimpiya oyunlarına hazırlıqla bağlı ümumi strategiya hazırlaması da mümkündür.

Qeyd etmək lazımdır ki, A.Rəhimovun Moskvaya səfəri onun bu vəzifəni tutmasından sonra etdiyi ilk səfərdir.

Xəbər lenti

Xəbər lenti