...

Etibar Məmmədovun liderlik etdiyi AMİP-in qurultayına nümayəndələr seçilir

Siyasət Materials 13 Mart 2006 15:54 (UTC +04:00)

Etibar Məmmədovun liderlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayına nümayəndələr seçilməsinə başlanılıb. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Hazırda yerlərdə partiyanın rayon təşkilatlarının konfransları keçirilir və artıq 11 təşkilatda bu konfranslar olub. Siyasi Şuranın qərarına görə rayon təşkilalarının qurultayla bağlı konfransları mart ayının sonuna qədər yekunlaşdırılacaq. Bundan sonra Siyasi Şura AMİP-in qurultayının vaxtını və yerini təyin edəcək.

Qurultayın gündəliyinə gəldikdə isə, təşkilati məsələlər, sədr seçkisi, ölkədəki ictimai-siysai vəziyyətin müzakirəsi, partiyanın müasir dövrdə yeni siyasi və ideoloji kursunun müəyyənləşdirilməsi və digər məsələlər daxildir.

Xəbər lenti

Xəbər lenti