...

Bahar Muradova: "Müxalifətçi qrupların mövcudluğu parlamentin fəaliyyətinə mənfi təsir göstərməyəcək"

Siyasət Materials 13 Mart 2006 16:00 (UTC +04:00)

Milli Məclisdə müxalifətçi millət vəkillərinin yaratdığı qruplar parlamentin fəaliyyətinə heç bir mənfi təsir göstərməyəcək. Bu barədə Trend ə spikerin müavini Bahar Muradova bildirib.

Qeyd edək ki, parlamentdə təmsil olan müxalifətçi millət vəkilləri ayrı-ayrılıqda iki deputat qrupu yaradıblar. Onlardan biri Pənah Hüsyenov daxil olmaqla 4 müsavatçı millət vəkilindən ibarət, digəri isə müxtəlif partiyanın təmsilçisi olan 6 müxalifətçi deputatın birgə təşkil etdiyi qruplardur.

Vitse-spiker qeyd edib ki, parlamentdə təmsil olan müxalifətçilər saylarının azlığına görə fraksiya yarada bilməsələr də hansısa qrup şəklində fəaliyyət göstərmələri parlamentin ümumi fəaliyyətinə heç bir təsir göstərməyəcək: "Hər hansı bir məsələ ilə bağlı bir və yaxud da 5-6 millət vəkilinin çıxış etməsi, mövqe ortaya qoyması mümkündür. Burada qeyri-adi heç nə yoxdur".

B.Muradova daha sonra bildirib: "Düşünmürəm ki, 5-6 millət vəkilinin qrup şəklində birləşib fəaliyyət göstərməsi parlamentdə nəyisə dəyişəcək, hansısa məsələni kollektiv şəkildə müzakirəyə çıxarıb həllinə nail olacaq. Parlament kollegial bir qurumdur, istənilən məsələ müzakirəyə çıxarıla və bununla bağlı qərar qəbul edilə bilər. İstər bu məsələni bir nəfər, istərsə də beş nəfər müzakirəyə çıxarsın".

Xəbər lenti

Xəbər lenti