...

Oqtay Əsədov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Siyasət Materials 13 Mart 2006 16:41 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov martın 13-də Almaniyanın Azərbaycandakı səfiri Detlef Lingemanla görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Parlamentin sədri ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixindən danışıb, bu əlaqələrin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıb. Bildirib ki, ölkələrimiz arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf edir: "Biz Azərbaycanın Avropa Şurasına üzvlüyü məsələsində almaniyalı deputatların dəstəyini, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın nümayiş etdirdiyi obyektiv mövqeyi yüksək qiymətləndiririk. Ümid edirik ki, həmin mövqe bundan sonra da dəyişməyəcək".

Səfir bildirib ki, Almaniya Azərbaycanın regiondakı mövqeyini yüksək qiymətləndirir və əlaqələrimizin hərtərəfli inkişafında maraqlıdır. Almaniya bu il və gələn ilin birinci yarısında Avropa Ittifaqına sədrlik edəcək. Azərbaycan bu müddət ərzində də Almaniyanın dəstəyinə ümid edə bilər.

Sonra görüşdə Azərbaycanla Almaniya, eləcə də Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri, ölkəmizin Avrjtlantika strukturlarına inteqrasiyası, Azərbaycan-Almaniya parlamentlərarası münasibətlərinin genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti