...

Rumıniyanın müdafiə naziri Bakıya gələcək

Siyasət Materials 13 Mart 2006 18:20 (UTC +04:00)

Martın 13-də axşam saatlarında Rumıniyanın müdafiə naziri Teodor Atanasiu Bakıya gələcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

Martın 14-də isə Teodor Atanasiunun Azərbaycanın müdafiə naziri general polkovnik Səfər Əbiyevlə görüşü planlaşdırılıb.

Görüşdə hər iki ölkə arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Müdafiə nazirləri arasında hərbi sazişin imzalanması da gözlənilir.

Xəbər lenti

Xəbər lenti