...

Oqtay Şirəliyev: Azərbaycanın Səhiyyə Nazirliyi "quş qripi" üzrə analizlərin nəticələrini bu gün əldə edəcək

Siyasət Materials 13 Mart 2006 18:53 (UTC +04:00)
Oqtay Şirəliyev: Azərbaycanın Səhiyyə Nazirliyi "quş qripi" üzrə analizlərin nəticələrini bu gün əldə edəcək

Martın 13-də saat 22.00-a kimi Azərbaycanın Səhiyyə Nazirliyi Bakıdakı laboratoriyadan "quş qripi" virusu üzrə analizlərin nəticələrinin alınmasını gözləyir. Trend in məlumatına görə, bu barədə martın 13-də səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

Onun sözlərinə görə, analizlər bu virusun mövcud olduğu şübhəli bilinən bütün xəstələrdən, o cümlədən, Azərbaycanın Salyan rayonunun pnevmaniya simptomundan vəfat edən sakinlərindən də götürülüb.

O.Şirəliyev bildirib ki, nəticələr avadanlıqları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən alınan yeni laboratoriyada aparılan işlərin yekunları üzrə elan ediləcək. Nümunələrin Londlndakı xüsusi laboratoriyaya göndərilməsi məsələsinə toxunan nazir bunun ən yaxın vaxtlara planlaşdırıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti