...

Naxçıvanda "quş qripi" virusuna təsadüf olunmayıb

Siyasət Materials 14 Mart 2006 12:56 (UTC +04:00)

Artıq baharın ilk ayıdır və bütün köçəri quşlar qayıdıb. Son vaxtlar insanları qorxuya salan quş qripi Naxçıvanda da xüsusi tədbirlər görməyi zərurətə çevirib. Havalar isti keçdiyindən əhali fərdi təsərrüfatlardakı ev quşlarını qapalı şəraitdə saxlaya bilmir. Odur ki, bu quşları tədricən tələf edirlər.

Naxçıvan MR baytarlıq xidmətinin müdiri Əbil Əbilovun Trend ə verdiyi məlumata görə, struktur NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən Epidemiologiya və Gigiyena Mərkəzi ilə birlikdə köçəri quşları nəzarətdə saxlayır. "Hər hansı qanadlı tələf olarsa, laboratoriyada qan analizi edilir və quşun tələf olma səbəbi araşdırılır. Eyni zamanda fərdi təsərrüfatlarda da hər hansı qanadlı tələf olarsa, sahibi bu quşun analizlərini gətirir. Bu vaxtadək hələ ki, heç bir qanadlı "quş qripi" virusundan tələf olmayıb. Bir insan belə quş qripindən həkimə müraciət etməyib. Çalışırıq ki, bu qorxulu xəstəlik Naxçıvana yol açmasın", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti