...

MSK mayın 3-dək müşahidəçi jurnalistlərin qeydiyyatını aparacaq

Siyasət Materials 14 Mart 2006 13:26 (UTC +04:00)

Bu mayın 13-də keçiriləcək təkrar parlament seçkisində müşahidəçi qismində iştirak etmək istəyən jurnalistlər artıq bu gündən başlayaraq Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və informasiya xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

O, bildirib ki, istənilən vaxt jurnalistlər MSK-ya müraciət edə və müşahidəçi kimi qeydiyyata alına bilərlər. Amma jurnalist müşahidəçilərin MSK-da qeydiyyat mərhələsi səsverməyə 10 gün qalmışadək davam edəcək. Mayın 3-də bu qeydiyyat başa çatacaq. Qeyd edək ki, MSK tərəfindən müşahidəçi vəsiqəsi alan jurnalistlər ölkə üzrə, yəni 10 seçki dairəsinin hamısında müşahidəçilik apara bilərlər. Lakin dairə seçki komissiyaları (DSK) tərəfindən qeydə alınan müşahidəçilər isə yalnız həmin dairənin hüdudları çərçivəsində, yəni ona daxil olan seçki məntəqələrində müşahidə apara bilərlər. DSK-lar tərəfindən jurnalist müşahidəçilərin qeydiyyatı isə səsverməyə 5 gün qalmış - mayın 8-dək davam edəcək.

Azər Sarıyev bildirib ki, jurnalistilər üçün müşahidəçi vəsiqəsi artıq mətbəəyə sifariş verilib və bu günlərdə hazır olacaq, qeydiyyata alınan jurnalistlərə paylanacaq.

Xəbər lenti

Xəbər lenti