...

Milli Məclis Nazirlər Kabinetinin ötən ilki fəaliyyətini müzakirə edib

Siyasət Materials 14 Mart 2006 13:52 (UTC +04:00)
Milli Məclis Nazirlər Kabinetinin ötən ilki fəaliyyətini müzakirə edib

Milli Məclisin martın 14-də növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ildəki fəaliyyəti üzrə hesabatı dinlənilib. Hesabatla bağlı baş nazir Artur Rəsizadə çıxış edib. Baş nazir bildirib ki, Nazirlər Kabinetinin ötən ilki fəaliyyəti bir çox nailiyyətlərlə yadda qalıb.

A.Rəsizadə qeyd edib ki, ötən ildə ümumdaxili məhsul, orta aylıq əmək haqqı artırılıb, dövlət idarəetmə sistemində islahatlar aparılıb, sahibukarlığın inkişafı məqsədilə dövlət tərəfindən kreditlər verilib, özəlləşdirilmə və təhsil sahələrində müsbət nəticələr əldə olunub.

Baş nazirin hesabatından sonra millət vəkilləri Nazirlər Kabinetinin ötən ilki fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər. Cəmil Həsənli hesabatın birtərəfli olduğunu qeyd edib. Siyavuş Novruzov isə hökumətin ötən ilki fəaliyyətini yüksək qimətləndirib. İğbal Ağazadə problemlərdən danışıb, Nazirlər Kabinetinin müvafiq şöbələrinin bu problemlərə biganə yanaşdığını deyib. Əhəd Abıyev öz çıxışında Nazirlər Kabinetinin hesabatını qənaətbəxş hesab etdiyini deyib. Fəzail Ağamalı isə hökumətin ötən ilki fəaliyyətində olan xırda nöqsanlardan danışaraq, regionlarda olan problemlərin yerində araşdırılması üçün nazirlərin səfərlərinin zəruriliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti