...

Ukrayna prezidenti Azərbaycanla razılaşmanın ratifikasiyası barədə qanun imzalayıb

Siyasət Materials 14 Mart 2006 14:56 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko "Ukrayna Nazirlər Kabineti və Azərbaycan Respublikası hökuməti arasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi barədə razılaşmanın ratifikasiya olunması barədə" qanun imzalayıb. Bu barədə Trend ə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Həmin razılaşma ilə işlə təmin olunmanın hüquqi əsasları və mühacir fəhlələrə sosial zəmanətin verilməsi üçün ilkin icazə və lazımi şəkildə bağlınmış fərdi əmək müqaviləsi əsasında dövlətin ərazisində əmək fəaliyyəti həyata keçirilir.

Tərəflərin əldə etdikləri razılaşmaya əsasən, mühacir fəhlələrin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə qarşılıqlı zəmanətin verilir, əmək şəraiti yaradılır, vergiödəmə qaydaları, vergi və digər püsumların ödənişi tətbiq edilir, eləcə də mühacir fəhlələrin tərəflərin milli işəgötürmə qanunvericiliyi əsasında əmək qabiliyyətlərini sərf etmələri ilə əlaqədar ödənişlər həyata keçirilir. Tərəflər mühacir fəhlələrin əmək (sığorta) stajlarını, milli diplomlarını və təhsil haqqıda digər sənədləri tanıyır.

Razılaşmada həmçinin, gəliş və gediş, şəxsi istifadə əşyalarının gömrükdə rəsmiləşdirilməsi və mühacir fəhlələr tərəfindən əldə olunan vasitələrin tərəflərin milli qanunvericiliyi əsasında həyata keçirilməsini nəzərdə tutur.

Fevralın 22-də Azərbaycanla müqavilə barədə qanunun lehinə Ukrayna Radasında qeydiyyatda olan 395 xalq deputatından 243-ü səs verib. Bu barədə "ForUm" məlumat verib.

Xəbər lenti

Xəbər lenti