...

Sergey Lavrov Xəzər dənizinə dair konvensyia üzrə işlərin tezliklə başa çatdırılacağına ümid edir

Siyasət Materials 14 Mart 2006 15:06 (UTC +04:00)

Trend bildirir ki, Rusiya XİN başçısı Sergey Lavrov Xəzər dənizinin hüquqi statusuna dair konvensyia üzərində aparılan işlərin tezliklə başa çatdırılacağına ümid edir.

"Müddəaların əksəriyyəti razılaşdırılıb və çox yaxın günlərdə konvensiyanın hazırlığı üzrə işlərin uğurla başa çatdırılacağına ümid var" - deyə nazir çərşənbə axşamı Moskvada Xəzər dənizinin statusunun müəyyən edilməsi üzrə xüsusi işçi qrupunun 20-ci iclasında bildirib.

Lavrovun sözlərinə görə, işçi qrupunun 2004-cü ilin oktyabrında Moskvada keçirilmiş ötən iclasından keçən vaxt ərzində konvensiyanın hazırlığı ilə bağlı xeyli irəliləyiş qeyd olunub.
"
Xəzərin akvatoriyası, dibi və yeraltı sərvətlərinin bölünməsi, boru kəmərlərinin çəkilməsi, eləcə də silahlı qüvvələrin iştirakı kimi problemli məsələlərin həllində çevik yanaşma çox vacibdir" - deyə o qeyd edib.

Rusiyanın əsas mövqeyi belədir: "Xəzərin böyük hissəsinin ümumi istifadədə qalması dənizin sərvətlərinin saxlanılması üçün daha yaxşıdır. Dənizin sərvətləri kollektiv şəkildə idarə olunmalıdır. Tamamilə dəyişdirilmiş sektorlar və sərhədlər çətin ki, bizim istədiyimiz kimi görünsün" - deyə nazir bildirib.

Eyni zamanda nazir qeyd edib ki, Xəzəryanı dövlətlərin hər birinə təhlükəsizliyin təmin edilməsi və iqtisadi fəaliyyət üçün dəniz zolağı lazımdır.

"Bildiyiniz kimi, Rusiya Xəzərdə 15 millik zona təklif edir ki, suyun bu zonasının hüdudları ümumi istifadədə qalsın. Biz hesab edirik ki, 15 millik zona balıq ovunun sığortalanması həcmini təmin etmək üçün kifayətdir. Bu 15 millik sahilyanı zona hər bir dövlətin yurisdiksiyasında olacaq və bir çox Xəzəryanı dövlətlərin 10 mili ötməyən payını genişləndirəcək".

RF XİN başçısı həmçinin deyib ki, Rusiya Xəzəryanı dövlətlərə aid olmayan silahlı qüvvələrin Xəzərdə olmasını yolverilməz hesab edir.
"
Xəzəryanı dövlətlərə aid olmayan silahlı qüvvələrin olmaması prinsipi bir sıra qeyri-region dövlətlərinin hərbi fəaliyyətinin fəallaşması ilə aktual olacaq" -deyə Lavrov iclasda qeyd edib.

Onun sözlərinə görə, region ölkələri "xarici hərbçiləri dəvət etsə, çox şeyi itirə bilər. "Xarici hərbçiləri dəvət etmək asandır, amma onların çıxarılması çətindir".

RİA "Novosti" bildirir ki, Lavrov növbəti sammitin İranda keçirilməsi təklifini bəyənib.

Xəbər lenti

Xəbər lenti