...

Müxalifətçi deputat qrupu hər həfətinin bazar ertəsi iclas keçirəcək

Siyasət Materials 14 Mart 2006 15:54 (UTC +04:00)

Parlamentdəki 6 müxalifətçi millət vəkilindən ibarət deputat qrupunun toplantısı keçirilib. Bu barədə Trend ə qrupun mart ayı üçün koordinatoru olan Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Toplantıda qrupun əsasnaməsinin təsdiq edildiyini deyən F.Qəzənfəroğlu deyib ki, əsasnamədə qrupun yaradılmasının məqsədi, fəaliyyət prinsipləri və mexanizmləri əksini tapıb. Millət vəkili onu da vurğulayıb ki, toplantıda Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət də müzakirə edilib.

Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı tədbirlər planının hazırlanacağını deyən millət vəkili bununla bağlı parlamentdə müvafiq müzakirələrin aparılmasının zəruriliyini vurğulayıb. Qərara alınıb ki, müxalifətçi deputatlar qrpunun hər həftənin bazar ertəsi iclası keçirilsin.

Xəbər lenti

Xəbər lenti