...

Nəsib Nəsibli: "Parlamentdəki iki müxalifətçi qrupun birləşməsi bu gün real görünmür"

Siyasət Materials 14 Mart 2006 16:17 (UTC +04:00)

Parlamentdə yaradılan iki müxalifətçi deputat qrupunun birləşməsi bu gün real görünmür. Bu barədə Trend ə parlamentdəki "Müsavat deputat qrupu"nun üzvü Nəsib Nəsibli bildirib.

Qeyd edək ki, parlamentdə iki müxalifətçi deputat qrupu fəaliyyət göstərir. Onlardan biri

Pənah Hüseyn də daxil olmaqla dörd müsavatçı millət vəkilindən ibarət, digəri isə mart ayında Fazil Qəzənfəroğlunun koordinatoru olduğu və 6 müxalifətçi millət vəkilindən təşkil olunan qrupdur.

H.Həsibli birləşə bilməyəcəklərini prinsipial məsələlərdə mövqelərinin üst-üstə düşməməsi ilə izah edib: "Məsələn, seçkilərin nəticələri ilə bağlı mövqelərimizdə çox fərq var. Biz hesab edirik ki, seçkilər saxtakarlıqla müşayiət olunub. Digər tərəf isə bəyan edir ki, saxtakarlıq halları olsa belə, seçkilərin nəticələri tanınmalıdır".

Millət vəkili digər qrupda təmsil olunan həmkarları ilə aralarında fikir ayrılıqlarının olmasına baxmayaraq münasibətlərin saxlanıldığını söyləyib. H.Həsibli hər iki qrupun formalaşdıqdan sonra birgə işbirliyi istiqamətində fikirləşəcəklərini də istisna etməyib.

Xəbər lenti

Xəbər lenti