...

Əli Kərimli: "Klassiklər" adlarını çoxdan dəyişməli idi

Siyasət Materials 14 Mart 2006 17:30 (UTC +04:00)

""Klassiklər"in adının dəyişdirilməsi qərarı çoxdan verilməli idi. Bu, gecikmiş bir qərardır". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli deyib.

Qeyd edək ki, AXCP-nin "klassiklər" qanadı uzun illərdən sonra "AXCP" adı uğrunda mübarizəni dayandıraraq, nəhayət, öz adını dəyişdirmək qərarına gəlib. "Klassiklər"in martın sonunda keçiriləcək qurultayında partiyanın yeni adının Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası adlanmasına dair qərar çıxarılacaq. Əli Kərimli bildirib ki, nə qədər gec olsa da, bu dəyişikliyin qəbul edilməsi lazımlıdır. Onun fikrincə, həmin partiyanın adında yenə də "Xalq Cəbhəsi" sözünün saxlanılması AXCP (islahatçılar) üçün hüquqi və siyasi baxımdan heç bir problem yaratmaycaaq.

"Klassiklər"in qurultayında iştiraka gəldikdə isə, Əli Kərimli ora dəvət almadığını deyib: "Onların qurultayına dəvət olunmağımı heç gözləmirəm də".

Xəbər lenti

Xəbər lenti