...

Artur Rəsizadə: 2005-ci ildə Azərbaycanda ÜDM-nin real artımı dünya ölkələri arasında ən yüksək göstəriciyə çatıb

Siyasət Materials 14 Mart 2006 18:00 (UTC +04:00)
Artur Rəsizadə: 2005-ci ildə Azərbaycanda ÜDM-nin real artımı dünya ölkələri arasında ən yüksək göstəriciyə çatıb

Martın 14-də Nazirlər Kabineti 2005-ci ildə Azərbaycan hökümətinin fəaliyyətinə dair hesabatı Milli Məclisə təqdim edib. Trend in xəbər verdiyi kimi, hesabatı təqdim edərkən ölkənin baş naziri Artur Rəsizadə bildirib ki, son 10 il ərzində ölkənin iqtisadi və sosial inkişafında makroiqtisadi sabitlik əldə olunub, institusional islahatlar aparılıb, dünya iqtisadiyyatına inteqrasiya təmin olunub. Beynəlxalq maliyyə təşkilatlarının müşahidələrinə görə, keçid iqtisadiyyatına malik ölkələr arasında Azərbaycan ən dinamik inkişaf etməkdə olan ölkədir.

2005-ci ildə ÜDM-in real artımı 2004-cü illə müqayisədə 26,4% təşkil edərək 59,4 trln manata (köhnə) çatdırılıb. "Bu, dünya ölkələri arasında ən yüksək göstəricidir", - deyə A.Rəsizadə bildirib.

Son 5 il ərzində ÜDM iki dəfə artıb. Adambaşına gəlir 7,2 mln manat ($1518) olub ki, bu da 2004-cü illə müqayisədə 25,1% çoxdur. "Bu, MDB ölkələri arasında Azərbaycanın 2004-cü ildə 8-ci yerdən 2005-ci ildə 4-cü yerdə qərarlaşmasına imkan verib", - deyə nazir vurğulayıb.

2005-ci ildə dövlət büdcəsinin gəlirləri 100,5% icra edilib və 38,8% artıb. Xərclər 42,6% artaraq 10,7 trln manat təşkil edib. Sahibkarlara yardım göstərmək məqsədilə dövlət büdcəsindən ayrılmalar iki dəfə artırılaraq 200 mlrd-a bərabər olub ki, bu da 2200 subyektin güzəştli kreditlərlə təmin olunmasına imkan verib.

Hesabat dövründə bankların ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının həcmi ÜDM üzrə ilin əvvəlində 8,3%-dən ilin sonuna 12,1%-dək artıb. 2006-cı il yanvarın 1-nə olan vəziyyət üzrə BMİ azərbaycanlı hüquqi və fiziki şəxslərə 7,2 trln manat məbləğində kredit verib ki, bu da 2005-ci ilin əvvəli üçün borcların həcmindən 45,6% çoxdur.

Ölkənin valyuta ehtiyatları 9,7% artaraq 1 mlrd dollara yaxınlaşıb ki, bu da ötən ilin əvvəlləri üçün $125 mln göstəricisindən çoxdur. Dövlət Neft Fondunun aktivləri 44,8% artaraq, 1,4 mlrd dollar təşkil edib. Bütövlükdə, hesabat dövrü ərzində ölkənin strateji ehtiyatları 29,8% artaraq $2,394 milyarda bərabər olub.

Hesabat dövrü ərzində ölkənin xarici borcu $1,650 mlrd (2004-cü ildə ÜDM-nin 18,6%-nə qarşı 12,8%) təşkil edib.

A.Rəsizadənin sözlərinə görə, ölkənin valyuta ehtiyatlarının xarici borcları 45% ($744 mln) keçməsi Azərbaycanın ödəmə qabiliyyətini təsdiqləyir.

Ötən il həyata keçirilmiş struktur dəyişiklikləri ilə yanaşı, kənd təsərrüfatının dəstəklənməsi üçün "Aqrolizinq" SC, əhalinin mənzil problemlərini həll etmək üçün İpoteka Fondu, istiliklə təczizat prolemlərinin həlli məqsədilə isə "Azəristiliktəchizat" SC yaradılıb. "Regionlarda enerji probleminin həlli üçün modul stansiyaların inşasına başlanılıb", - deyə baş nazir qeyd edib.

Dövlət Özəlləşdirmə Proqramı çərçivəsində 2005-ci il ərzində 2463 dövlət müəssisəsi və obyekti özəlləşdirilib, 10 müəssisə bazasında isə səhmdar cəmiyyətlər yaradılıb.

Hesabat dövründə sənaye məhsullarının istehsalı 33,5%, neft hasilatının həcmi - 42,9%, neft emalı - 14,2%, elektrik enerjisi - 5,3%, metallurgiya - 52,6%, yüngül sənaye - 61%, tikinti materiallarının istehsalı - 18,8% artıb. 22,2 mln ton neft və 5,7 mlrd m3 qaz hasil edilib ki, nəticədə artım 2004-cü illə müqayisədə 42,9 və 14,7% təşkil edib.

Xəbər lenti

Xəbər lenti