...

Nazirlər Kabinetinin 2005-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı parlamentdə qəbul edilib

Siyasət Materials 14 Mart 2006 18:54 (UTC +04:00)

Milli Məclisin martın 14-də keçirilən növbəti toplantısında Nazirlər Kabinetinin 2005-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı millət vəkilləri tərəfindən qəbul edilib. Trend xəbər verir ki, hesabatın leyhinə 85 millət vəkili səs verib.

Qeyd edək ki, adıçəkilən hesabat ölkənin baş nazri Artur Rəsizadə tərəfindən millət vəkillərinə təqdim olunub. Müzakirələrdə Nazirlər Kabinetinin rəsmiləri və ayrı-ayrı komitə rəhbərləri və nazirlər iştirak edib.

Müzakirələr günün ikinci yarısında davam etdirilib. Çıxış edən millət vəkillərindən Mübariz Qurbanlı, Gülər Əhmədova, Qüdrət Həsənquliyev, Əkrəm Əylisli hesabatla bağlı irad və təkliflərini bildiriblər. Nazirlər millət vəkillərinin suallarını cavablandırıldıqdan sonra spiker Oqtay Əsədov müzakirələrə yekun vurub: "Hesab edirəm ki, Nazirlər Kabinetinin 2005-ci ildəki fəaliyyəti ilə bağlı hesabat dolğun hazırlanıb. Hazirlər Kabinetinin ötən ildəki fəaliyyətini müsbət qiymətləndirmək olar".

Səsvermə nəticəsində adıçəkilən hesabat millət vəkilləri tərəfindən yüksək qiymətləndirilərək qəbul edilib.

Xəbər lenti

Xəbər lenti