...

Sumqayıtda "Hər kəs təkdir- hər kəs fərdidir" kampanyiası keçiriləcək

Siyasət Materials 14 Mart 2006 19:45 (UTC +04:00)

Martın 19-dan 25-nə kimi Sumqayıtda "Hər kəs təkdir- hər kəs fərdidir" kampaniyası keçiriləcək. Avropa Şurasının Bakıdakı ofisindən Trend ə verilən məlumata görə, kampaniya Avropa Şurasının Avropalı Gənclər Fondunun dəstəyi ilə Avropanın Gənc Federativlər Təşəbbüs Qrupunun, Azərbaycanın Gənclərin İnkişafı Mərkəzinin və Sumqayıtın Tələbələr Birliyinin birgə səyi ilə keçirilir.

MDB ölkələri gənclərinin 25 nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə məqsəd Avropa İttifaqına üzv olan ölkələrin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsidir. Tədbirdə ekspert kimi Avropa Şurası Avropalı Gənclər Fondunun vitse-prezidenti Benin Şvartsmayer iştirak edəcək.

Qeyd edək ki ki, kampanyianın keçirilməsi barədə qərar 2005-ci il mayın 17-də Varşavada keçirilən Avropa Şurası ölkələrinin hökumət və dövlət başçılarının üçüncü sammitində qərara alınıb.

Xəbər lenti

Xəbər lenti