...

Gültəkin Hacıyeva: "Avropa Şurasının yüksək səviyyəli nümayəndələri aprel ayında Azərbaycana gələcək"

Siyasət Materials 15 Mart 2006 12:27 (UTC +04:00)

Aprel ayında Avropa Şurasının yüksək səviyyəli nümayəndələri Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bildirib.

G.Hacıyeva qeyd edib ki, səfər 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərə hazırlıqla tanış olmaq məqsədilə Avropa Şurasının iş planına əsasən həyata keçiriləcək: "Bundan başqa seçkilərin daha şəffaf keçirilməsi, Avropa Şurası və beynəlxalq standartların tələblərinə cavab verməsi, seçki təbliğatının necə təşkil olunması və digər məsələlərlə tanışlıq xarakteri daşıyan səfər proqramında Avropa Şurası nümayəndələrinin bir sıra dövlət qurumları, QHT, siyasi təşkilat rəhbərləri ilə də görüşləri planlaşdırılıb".

Millət vəkili Avropa Şurasının Azərbaycanda keçiriləcək təkrar seçkilərin hazırlığı ilə tanışlıqla bağlı iş planına əsasən, Bakıya səfər edəcək nümayəndə heyətlərində kimlərin təmsil olunacağı barədə məlumatsız olduğunu bildirib: "Bu tərkib qurumun rəhbərliyi tərəfindən müəyyənləşir. Ancaq onu deyə bilərəm ki, AŞPA-nın sədri Rene van der Linden və Avropa Şurasının baş katibi Terri Devisin nümayəndələri, eləcə də qurumun Monitorinq və İnsan Hüquqları komitələrinin və Venesiya Komissiyasının üzvləri Azərbaycana gələcək nümayəndə heyətinin tərkibində təmsil olunacaq".

Xəbər lenti

Xəbər lenti